Azərbaycanda koronavirus: 2237 yeni yoluxma

Son sutka ərzində 14 885, hazırkı dövrədək isə 2 873 658 test aparılıb.

Source: Meydan TV


29 nəfərin vəfat etdiyi bildirilir

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2237 yeni yoluxma faktı qeydə alınıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilir ki, 787 nəfər müalicə olunaraq sağalıb, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 261 713 nəfər koronavirus infeksiyasına yoluxub: "Onlardan 238 125 nəfər müalicə olunaraq sağalıb, 3 567 nəfər vəfat edib, aktiv xəstə sayı 20 021 nəfərdir".

Son sutka ərzində 14 885, hazırkı dövrədək isə 2 873 658 test aparılıb.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 2237 yeni yoluxma