Azərbaycanda koronavirus: 22 xəstə vəfat edib

Foto: Meydan TV

“1 979 nəfər müalicə olunaraq sağalıb”

Noyabrın 27-də Azərbaycanda 1617 adam COVID-19 infeksiyasına yoluxub, 1 979 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 22 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 584 121 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 549 333 nəfər müalicə olunaraq sağalıb, 7 789 pasiyent ölüb. Aktiv xəstə sayı 26 999 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 982, bu günə qədər isə 5 509 701 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 22 xəstə vəfat edib