Azərbaycanda koronavirus: 20 xəstə vəfat edib

Source: Meydan.tv

“1587 nəfər müalicə olunaraq sağalıb”

Yanvarın 30-da Azərbaycanda 4943 nəfər COVID-19 infeksiyasına yoluxub, 1587 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Analiz nümunələri müsbət çıxan 20 xəstənin vəfat etdiyi vurğulanıb.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 656 min 284 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 624 min 259 nəfər müalicə olunaraq sağalıb, 8 min 720 pasiyent ölüb. Aktiv xəstə sayı 23 min 305 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 min 204, bu günə qədər isə 6 milyon 149 min 156 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 20 xəstə vəfat edib