Azərbaycanda koronavirus: 1997 yoluxma

Foto: Meydan.TV

“31 xəstə vəfat edib”

Noyabrın 26-da Azərbaycanda 1997 nəfər COVID-19 infeksiyasına yoluxub, 2319 adam müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Analiz nümunələri müsbət çıxan 31 xəstənin vəfat etdiyi qeyd olunub.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 582 504 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

“Onlardan 547 354 nəfər müalicə olunaraq sağalıb, 7767 pasiyent ölüb, aktiv xəstə sayı 27 383 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 210, ötən müddətdə isə 5 497 719 testin aparıldığı göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 1997 yoluxma