Azərbaycanda koronavirus: 19 xəstə vəfat edib

Foto: Meydan TV

“1621 nəfər sağalıb”

Dekabrın 14-də Azərbaycanda 922 adam COVID-19 infeksiyasına yoluxub, 1621 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 19 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 605 min 920 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 578 min 756 nəfər müalicə olunaraq sağalıb, 8 min 123 pasiyent ölüb. Aktiv xəstə sayı 19 min 41 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 85, bu günə qədər isə 5 milyon 694 min 341 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 19 xəstə vəfat edib