Azərbaycanda koronavirus: 19 xəstə vəfat edib

Source: Meydan TV

“3564 nəfər yoluxub”

Yanvarın 28-də Azərbaycanda 3564 adam COVID-19 infeksiyasına yoluxub, 1004 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Analiz nümunələri müsbət çıxan 19 xəstənin vəfat etdiyi qeyd olunub.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 647 min 73 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

“Onlardan 621 min 186 nəfər müalicə olunaraq sağalıb, 8 min 683 pasiyent ölüb. Aktiv xəstə sayı 17 min 204 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 445, bu günə qədər isə 6 milyon 119 min 861 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 19 xəstə vəfat edib