Azərbaycanda koronavirus: 1763 yoluxma

Foto: Meydan.TV

“2499 adam sağalıb”

Noyabrın 20-də Azərbaycanda 1763 adam COVID-19 infeksiyasına yoluxub, 2499 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 20 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 572085 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 535674 nəfər müalicə olunaraq sağalıb, 7599 pasiyent ölüb. Aktiv xəstə sayı 28812 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13271, ötən müddətdə isə 5431440 testin aparıldığı göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 1763 yoluxma