Azərbaycanda koronavirus: 1734 yoluxma

“Hazırda aktiv xəstə sayı 32 min 319 nəfərdir”.

Source: Meydan.TV


"25 xəstə vəfat edib"

Sentyabrın 19-da Azərbaycanda 1734 adam COVID-19 infeksiyasına yoluxub, 3378 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 25 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 472 min 719 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu göstərib.

"Onlardan 434 min 95 nəfər müalicə olunaraq sağalıb, 6 min 305 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 32 min 319 nəfərdir".

Eyni zamanda, son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 780, bu günə qədər isə 4 milyon 744 min 161 testin icra olunduğu qeyd edib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 1734 yoluxma