Azərbaycanda koronavirus: 1406 yoluxma

Foto: Meydan TV

“18 nəfər vəfat edib”

Dekabrın 4-də Azərbaycanda 1406 adam COVID-19 infeksiyasına yoluxub, 1787 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 18 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 594 min 994 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 562 min 786 nəfər müalicə olunaraq sağalıb, 7 min 947 pasiyent ölüb. Aktiv xəstə sayı 24 min 261 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 869, bu günə qədər isə 5 milyon 591 min 270 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 1406 yoluxma