Azərbaycanda koronavirus: 1394 yoluxma

Foto: Meydan TV

“20 xəstə vəfat edib”

Dekabrın 5-də Azərbaycanda 1394 adam COVID-19 infeksiyasına yoluxub, 1791 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 20 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 596 min 388 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 564 min 577 nəfər müalicə olunaraq sağalıb, 7 min 967 pasiyent ölüb. Aktiv xəstə sayı 23 min 844 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 503, bu günə qədər isə 5 milyon 602 min 773 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 1394 yoluxma