Azərbaycanda koronavirus: 13 yoluxma, 3 sağalma

koronavirus. Foto: Meydan TV

“Aktiv xəstə sayı 70 nəfərdir”

Mayın 11-də Azərbaycanda 13 nəfər COVID-19 infeksiyasına yoluxub, 3 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bu gün analiz nümunələri müsbət çıxanlardan vəfat edən olmayıb.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 792 min 651 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 782 min 872 nəfər müalicə olunaraq sağalıb, 9 min 709 pasiyent ölüb. Aktiv xəstə sayı 70 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 861, bu günə qədər isə 6 milyon 842 min 319 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 13 yoluxma, 3 sağalma