Azərbaycanda koronavirus: 12 yoluxma, 9 sağalma

koronavirus. Foto: Meydan TV

“Aktiv xəstə sayı 52 nəfərdir”

Mayın 20-də Azərbaycanda 12 nəfər COVİD-19 infeksiyasına yoluxub, 9 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Analiz nümunələri müsbət çıxanlar arasında vəfat edən olmayıb.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 792 707 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

“Onlardan 782 945 nəfər müalicə olunaraq sağalıb, 9 710 pasiyent ölüb. Aktiv xəstə sayı 52 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2228, bu günə qədər isə 6 867 409 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 12 yoluxma, 9 sağalma