Azərbaycanda koronavirus: 1186 yoluxma

Foto: Meydan.TV

“14 xəstə vəfat edib”

Yanvarın 20-də Azərbaycanda 1186 adam COVID-19 infeksiyasına yoluxub, 582 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 14 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 629 min 352 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 610 min 605 nəfər müalicə olunaraq sağalıb, 8 min 564 pasiyent ölüb. Aktiv xəstə sayı 10 min 183 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 116, bu günə qədər isə 6 milyon 37 min 787 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 1186 yoluxma