Azərbaycanda koronavirus: 1151 yoluxma

Source: Meydan TV

“9 xəstə vəfat edib”

Yanvarın 19-da Azərbaycanda 1151 nəfər COVID-19 infeksiyasına yoluxub, 543 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Analiz nümunələri müsbət çıxan 9 xəstənin vəfat etdiyi qeyd olunub.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 628 min 166 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

“Onlardan 610 min 23 nəfər müalicə olunaraq sağalıb, 8 min 550 pasiyent ölüb. Aktiv xəstə sayı 9 min 593 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 344, bu günə qədər isə 6 milyon 28 min 671 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 1151 yoluxma