Azərbaycanda koronavirus: 11 yoluxma, 9 sağalma

Foto: Meydan TV

“Aktiv xəstə sayı 47 nəfərdir”

Mayın 27-də Azərbaycanda 11 nəfər COVID-19 infeksiyasına yoluxub, 9 nəfər müalicə olunaraq sağalıb. Bu gün analiz nümunələri çıxanlar arasında vəfat edən olmayıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 792 min 746 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:
“Onlardan 782 min 987 nəfər müalicə olunaraq sağalıb, 9 min 712 pasiyent ölüb. Aktiv xəstə sayı 47 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 163, bu günə qədər isə 6 milyon 885 min 286 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 11 yoluxma, 9 sağalma