Azərbaycanda koronavirus: 11 yoluxma, 10 sağalma

Foto: Meydan.tv

Vəfat edən olmayıb

İyunun ilk günü Azərbaycanda 11 nəfər COVID-19 infeksiyasına yoluxub, 10 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Analiz nümunələri müsbət çıxanlar arasında vəfat edın olmayıb.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 792 778 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

“Onlardan 783 017 nəfər müalicə olunaraq sağalıb, 9 713 pasiyent ölüb. Aktiv xəstə sayı 48 nəfər təşkil edir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 948, bu günə qədər isə 6 898 425 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 11 yoluxma, 10 sağalma