Azərbaycanda koronavirus: 1068 yoluxma

Mənbə: Meydan TV

17 xəstə vəfat edib”

Yanvarın 21-də Azərbaycanda 1068 adam COVID-19 infeksiyasına yoluxub, 551 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 17 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 630 min 420 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 611 min 156 nəfər müalicə olunaraq sağalıb, 8 min 581 pasiyent ölüb. Aktiv xəstə sayı 10 min 683 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 min 795, bu günə qədər isə 6 milyon 45 min 582 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 1068 yoluxma