Azərbaycanda koronavirus: 10 yoluxma, 3 sağalma

Foto: Meydan TV

“Vəfat edən yoxdur”

Mayın 19-da Azərbaycanda 10 nəfər COVID-19 infeksiyasına yoluxub, 3 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bu gün analiz nümunələri müsbət çıxanlar arasında vəfat edən olmayıb.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 792 695 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

“Onlardan 782 936 nəfər müalicə olunaraq sağalıb, 9 710 pasiyent ölüb. Aktiv xəstə sayı 49 nəfərdir”.

Son sutkada 2 964, hazırkı dövrədək isə 6 865 181 testin aparıldığı göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda koronavirus: 10 yoluxma, 3 sağalma