Azərbaycanda Kino Agentliyi yaradılır

Foto: arxiv

Qurum Mədəniyyət Nazirliyinin tabeliyində olacaq

Prezident İlham Əliyev Kino Agentliyinin yaradılması ilə bağlı sərəncam imzalayıb.
Sənəddə deyilir ki, məqsəd Azərbaycan kinematoqrafiyasında dövlət siyasətinin həyata keçirilməsinin təkmilləşdirmək, milli kinonun beynəlxalq rəqabətə davamlılığının təmin etmək, yerli istehsal və yayım infrastrukturunun müasirləşdirməkdir.

Yeni yaradılan qurum Mədəniyyət Nazirliyinin tabeliyində olacaq.

Agentliyin rəhbəri Baş direktor olacaq.

Ümumi rəhbərliyi və nəzarəti isə sədr və iki müavindən ibarət Müşahidə Şurası edəcək.

Agentliyin saxlanılması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsinin vəsaiti və qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçiriləcək.

Ötən il mədəniyyət naziri Anar Kərimov Azərbaycanda Kino Agentliyinin yaradılacağı barədə məlumat vermişdi.

Bildirmişdi ki, əsas məqsəd kino sənayesində müasir tələblərə cavab verən şərait yaratmaq, həmçinin bu sahəyə xarici sərmayədarları cəlb etməkdir.

Ana səhifəMədəniyyətAzərbaycanda Kino Agentliyi yaradılır