koronavirus

Mənbə: Foto: Meydan TV

Başlıq: koronavirus

Azərbaycanda daha 105 nəfərdə koronavirus aşkarlandı

Koronavirus infeksiyasına yoluxmuş 19 nəfərin sağalaraq evə buraxıldığı deyilir

Aprelin 8-də Azərbaycanda daha 105 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb. Həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib.

Məlumatı Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bu gün keçirdiyi brifinqdə səsləndirib.

O, koronavirus infeksiyasına yoluxmuş 19 nəfərin sağalaraq evə buraxıldığını vurğulayıb.

İ.Məmmədovun sözlərinə görə, hazırda Azərbaycanda 822 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 63 nəfəri müalicə olunaraq sağalıb, 8 nəfər vəfat edib, 751 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir:

“Həmin şəxslərdən 33 nəfərin vəziyyəti ağır, 47 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Amma ötən həftə ərzində xəstəliyə yoluxma ilə bağlı pozitiv məlumat verə bilmirik”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/615gwm

Ən çox baxılan