Azərbaycanda bu gün koronavirusa yoluxma və ölüm qeydə alınmayıb

Mənbə: Meydan TV

5 nəfər müalicə olunaraq sağalıb

Mayın 16-da Azərbaycanda COVID-19 infeksiyasına yoluxma qeydə alınmayıb, 5 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Analiz nümunələri müsbət çıxanlardan vəfat edən olmayıb.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 792 673 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

“Onlardan 782 917 nəfər müalicə olunaraq sağalıb, 9 709 pasiyent ölüb. Aktiv xəstə sayı 47 nəfərdir”.

Son sutkada 1 966, hazırkı dövrədək isə 6 855 188 testin aparıldığı göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda bu gün koronavirusa yoluxma və ölüm qeydə alınmayıb