Azərbaycanda bazar günü 555 nəfər koronavirusa yoluxub

Foto: Meydan TV

“8 xəstə vəfat edib”

Yanvarın 9-da Azərbaycanda 555 adam COVID-19 infeksiyasına yoluxub, 503 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Analiz nümunələri müsbət çıxan 8 xəstənin vəfat etdiyi deyilir.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 621 min 234 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

“Onlardan 605 min 561 nəfər müalicə olunaraq sağalıb, 8445 pasiyent ölüb. Aktiv xəstə sayı 7228 nəfərdir”.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9395, bu günə qədər isə 5 milyon 943 min 23 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda bazar günü 555 nəfər koronavirusa yoluxub