Azərbaycanda bazar günü 18 xəstə koronavirusdan vəfat edib

Foto: Meydan TV

“1226 adam koronavirusa yoluxub”

Dekabrın 12-də Azərbaycanda 1226 adam COVID-19 infeksiyasına yoluxub, 1649 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, analiz nümunələri müsbət çıxan 18 xəstə vəfat edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 604 min 480 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu qeyd edib:

“Onlardan 576 min 264 min nəfər müalicə olunaraq sağalıb, 8 min 088 pasiyent ölüb. Aktiv xəstə sayı 20 min 128 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 280, bu günə qədər isə 5 milyon 677 min 746 testin icra olunduğu göstərilib.

Ana səhifəSağlıqAzərbaycanda bazar günü 18 xəstə koronavirusdan vəfat edib