Azərbaycanda 12-15 yaşlı yeniyetmələrə vaksin vurulacaq

Bildirilir ki, müvafiq tibbi göstərişlərə və hər iki valideynin razılığına əsasən 12-15 yaşı tamam olmuş yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurula bilə

Source: Meydan TV


Nazirlik onlara Pfizer peyvəndinin tətbiq ediləcəyini açıqlayıb

Azərbaycanda 12-15 yaşlı yeniyetmələrə vaksin vurulacaq.

Səhiyyə Nazirliyinin məlumatına bildirilir ki, yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi tətbiq

ediləcək

.

Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası cari epidemioloji vəziyyəti, Avropa Dərman Agentliyi, Amerika Ərzaq və Dərman Administrasiyasının yeniyetmələrə mRNT Pfizer (“Comirnaty”) peyvəndinin vurulmasına rəsmi icazələrini nəzərə alaraq belə qərar qəbul edib.

Bildirilir ki, müvafiq tibbi göstərişlərə və hər iki valideynin razılığına əsasən 12-15 yaşı tamam olmuş yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurula bilər.

Məlumata görə, yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.

Ana səhifəSağlıqAzərbaycanda 12-15 yaşlı yeniyetmələrə vaksin vurulacaq