Azərbaycana pul köçürmələri 5 dəfə artıb

Pul köçürmələri. Mənbə: Eldost Gadirov/shutterstock

RİK: “Təkcə, bu ilin ikinci rübündə Rusiyadan Azərbaycana 1 milyard dollardan çox pul köçürülüb”

2022-ci ildə Azərbaycana edilən pul köçürmələri öncəki 3 ilə nəzərən artıb.
2019 – cu ildə 276, 2020-ci ildə 197, 2021-ci ildə Azərbaycana xarici ölkələrdən 261 milyon dollar pul köçürülüb.

2022 – ci ildə bu vəsait 1 milyard 283 milyon dollar olub. Yəni 5 dəfə artıb.
“Resurs” İqtisadçılar Klubu (RİK) bildirir ki, ötən ilə nəzərən pul köçürmələrinin 5 dəfə artması Rusiyadan göndərilən köçürmələrin kəskin artması ilə bağlıdır:

“Təkcə, bu ilin ikinci rübündə Rusiyadan Azərbaycana 1 milyard dollardan çox pul köçürülüb. Müharibə başlayandan (2022-ci il, 24 fevral) bəri Azərbaycan banklarında qeyri-rezidentlərə məxsus vəsaitin həcmi 294 milyon manat ekvivalentindən 876 milyon manata yüksəlib”.

2022-ci ilin 9 ayının nəticələrinə görə, Rusiyadan Gürcüstana 1.135 milyard dollar vəsait köçürülüb. Gürcüstan Milli Bankının məlumatına görə, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 4 dəfə çoxdur.

Ana səhifəİqtisadiyyatAzərbaycana pul köçürmələri 5 dəfə artıb