Azərbaycan XİN Fransa səfirliyinin iki əməkdaşını “persona-non-grata” elan etdi

Fransa-Azərbaycan. Mənbə: vladm/shutterstock

Səfirə nota təqdim olunub

Dekabrın 26-da Fransanın Azərbaycandakı səfiri Ann Buayonun Xarici İşlər Nazirliyinə çağırıldığı bildirilir.

Bu barədə məlumat yayan Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsi səfir Ann Buayona nota təqdim edildiyini qeyd edir:

“Səfirə 2 diplomatın “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu çatdırılıb”.

МИД Азербайджана
Foto: Arxiv

“Fransa Səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə ciddi etiraz bildirilib. Onlar Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunub”,-deyə XİN əlavə edib.

Bildirilir ki, həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb olunub.

Ancaq XİN-in məlumatında Fransaya verilən notanın və diplomatların “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunmasının səbəbləri göstərilməyib.

Səfirlik də bu barədə hər hansı açıqlama yaymayıb.

Meydan TV Fransa səfirliyinin mətbuat xidmətinə sorğu göndərsə də, hələ cavab almayıb.

Ana səhifə ▸ Siyasət ▸ Azərbaycan XİN Fransa səfirliyinin iki əməkdaşını “persona-non-grata” elan etdi