“Azərbaycan Udi Ocağı” tarixi etnoqrafik park muzeyi Qəbələ rayonunun Nic kəndinin Qocabəyli məhəlləsində yerləşir. Parkın ərazisi üç hektardan artıq ərazini əhatə edir. Bu park muzey kompakt şəkildə yaşayan udi xalqının mədəniyyətini, ənənələrini, məişətini və yaşayış tərzini əks etdirir. Bu mənada Udi ocağı parkı simvolik bir etnoqrafik kənddir. Park muzey ekspozisiya şəklinda bir neçə etnoqrafik sahələrə bölünür. Muzey həm də ailəvi istirahət mərkəzi kimi xidmət göstərir. Burada qalmaq üçün koteclər, restoranlar bütün fəsillərdə fəaliyyət göstərir.
Bu yazı 5 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 18 İyul 2019 13:49
Son dəyişiklik: 29 Oktyabr 2021 16:34
Qısa link: https://storage.googleapis.com/qurium/www.meydan.tv/az-article-azerbaycan-udi-ocaginda.html
Ana səhifə ▸ Fotoreportaj ▸