Azərbaycan turizmdə 3 milyarda yaxın pul itirdi

Ötən il Azərbaycanın xaricdəki rezidentlərinə 2,9 mlrd dollarlıq turizm xidməti göstərilib, bu da 2012-ci ilin göstəricisindən 16,6% çoxdur

Source:


Ötən il Azərbaycanın xaricdəki rezidentlərinə 2,9 mlrd dollarlıq turizm xidməti göstərilib, bu da 2012-ci ilin göstəricisindən 16,6% çoxdur

Azərbaycanlıların son beş ildə xaricdə turizm xərcləri təxminən 8 dəfə artıb. Rəsmi statistikaya görə, ötən il Azərbaycanın xaricdəki rezidentlərinə 2,9 mlrd dollarlıq turizm xidməti göstərilib, bu da 2012-ci ilin göstəricisindən 16,6 faiz çoxdur və beş il əvvəlki göstəricini 8 dəfə üstələyir. 62,3 faiz, yaxud 1,81 mlrd dollar vətəndaşların özəl xarici səfərləri zamanı xərclənib. 2013-ci ildə xarici turistlər Azərbaycanda 2,4 mlrd dollar xərcləyib, onun 36,6 faizi Azərbaycana işgüzar səfər zamanı çəkilən xərclər təşkil edib. Nəticədə turizm xidmətlərinin mənfi saldosu yarım milyon dollara çatıb.

Bu gün Azərbaycanda 2008-2016-cı illəri əhatə edən turizmin inkişafı proqramı reallaşdırılır. Dövlət Azərbaycanın reklamına, turizm infrastrukturunun inkişafına milyonlarla dollar xərcləyir. Ancaq yenə də vətəndaşlar xaricdə dincəlməyə üstünlük verir. Azərbaycandan əsas turist axını Türkiyəyədir, sonrakı yerləri Rusiya, Gürcüstan, Ukrayna (Krım yarımadası), BƏƏ (Dubay) tutur.

Azərbaycanlılar bir çox halda xaricə istirahətə ölkədə turizm xidmətlərinin qiyməti baha olduğuna görə gedir. Ölkə daxilində bir nəfər üçün normal yeddi günlük istirahətin qiymətin min manat təşkil edir. Türkiyədə eyni məbləğə Antaliyada 7 gün Avropalı səviyyəli serviz təklif edilir, sistemə hər şey (uçuş, mehmanxanaya transfer, yemək) daxildir. Digər uzaqlaşdıran səbəb servis səviyyəsinin aşağı olmasıdır. Bu Bakıdan kənarda daha çox hiss edilir.

Bazar iştirakçılarının fikrincə, Azərbaycanda turizmin inkişafı üçün həvəsləndirici siyasət tətbiq edilməlidir, bura turizm mərkəzləri və regionlarda istirahət zonaları üçün 5 il müddətinə ƏDV-nin ləğvi daxil edilə bilər. Regionlarda turizm xidmətləri mövsümü xarakter daşıdığına görə turizm şirkətləri, mehmanxana və istirahət bazalarının daimi əməkdaşlar üçün gəlir vergisinin azaldılması məqsədəuyğun hesab edilir. Həmçinin turizm məqsədi üçün istifadə edilən avadanlıqların gömrük vergi və rüsumlarından azad edilməsi təklif edilir. Ancaq ən əsası, turizm sahəsinin işçiləri müxtəlif dövlət strukturları tərəfindən yersiz yoxlamalar və pul qoparmalarından canlarını qurtarmağı arzulayır.

Turizm dünya iqtisadiyyatının ən gəlirli və dinamik sektorlarından biridir. Bir çox ölkələrdə turizm xarici valyutanın daxil olması üçün əsas mənbədir. Turist səfərlərinin 2/3 hissəsi səyahət və istirahətin payına düşür. İnkişaf etmiş ölkələrdə turların 70%-dən çoxu ölkə daxilində səhayətlərin payına düşür.

Ana səhifəXəbərlərAzərbaycan turizmdə 3 milyarda yaxın pul itirdi