Sentyabrın 27-də Azərbaycan-Ermənistan hərbi qoşunlarının təmas xəttində atəşkəs pozulub və müharibə başlayıb. Azərbaycan tərəfi bir sıra kənd və yüksəkliklərin, eləcə də Cəbrayıl rayonunun işğaldan azad edildiyini bildirir. Keçirilən hərbi əməliyyatlar zamanı Ermənistan silahlı qüvvələrinə məxsus silah-sursat və texnikanın ələ keçirildiyi haqda da məlumat verilir. Azərbaycanın Müdafiə Nazirliyi hərbi texnikaların işlək vəziyyətdə olduğunu deyir.
Bu yazı 4 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 8 Oktyabr 2020 22:57
Son dəyişiklik: 29 Oktyabr 2021 16:37