Bakı Ağır Cinayətlər Məhkəməsi

Mənbə: Sputnik

Başlıq: Bakı Ağır Cinayətlər Məhkəməsi

Azərbaycan Niderlandın ekstradisiya müraciətinə rədd cavabı verdi

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda hava limanında saxlanılan Gökhan Öztürkün Niderlanda ekstadisiyasıyla əlaqədar Ədliyyə Nazirliyinin təqdimatına baxılıb.

Hakim Əli Məmmədovun sədrliyilə keçirilən məhkəmədə məlum olub ki, Niderland G.Öztürkün bu ölkənin vətəndaşı olduğunu, onun haqqında 6 aylıq həbs hökmü çıxarıldığını göstərir və onun təhvil verilməsini istəyir.

1981-ci il təvəllüdlü G.Öztürk sentyabrın 11-də Türkiyədən gələrkən hava limanında tutulub. İki gün saxlandıqdan sonra Xəzər Rayon Prokurorluğunun qərarıyla polis nəzarətinə verilib.

G.Öztürk məhkəmədə bildirib ki, o, Türkiyə vətəndaşıdır. Onun sözlərinə görə, keçmiş həyat yoldaşı, üç övladının anası Niderland vətəndaşıdır. Özü isə orada oturum izni ilə yaşayıb, 2014-cü ildə deportasiya edilib: “Bu ölkə məni deportasiya edib, o vaxtdan uşaqlarımla mütəmadi görüşə bilmirəm. Ancaq anaları gətirəndə görə bilirəm. Mən depotasiyadan sonra 2016-cı ildə viza və oturum üçün yenidən müraciət etdim, imtina cavabı aldım. Həyat yoldaşım da Türkiyədə yaşamaq istəmədi, ona görə boşandıq”.

Məhkəməyə həm Niderland səfirliyindən, həm də Türkiyə səfirliyindən məktub gəlib. Hər iki ölkə Gökhanın o dövlətin vətəndaşı olduğunu iddia edir.

Bakı Ağır Cinayətlər Məhkəməsi Ədliyyə Nazirliyinin təqdimatını təmin etməyib və Niderlandın ekstradisiya müraciəti rədd edilib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/5h18fi

Ən çox baxılan