Azərbaycan Film Komissiyası təsis edilib

Nazir: “”Netflix” platforması ilə yeni irimiqyaslı layihələr gözlənilir”

Source: Specify Source


Nazir: “”Netflix” platforması ilə yeni irimiqyaslı layihələr gözlənilir”

Mədəniyyət Nazirliyi Azərbaycan Film Komissiyası (“Filming Azerbaijan”) təsis edib.

Azərbaycan Film Komissiyasının təqdimat mərasimi keçirilib.

Mədəniyyət naziri Anar Kərimov bildirib ki, komissiya Azərbaycanı beynəlxalq səviyyədə çəkiliş məkanı kimi kəşf etməyə imkanı yaradacaq: “Məqsəd ölkənin bu sahədə potensialını göstərməkdir. Prezidentin tapşırığına əsasən, nazirlikdə islahatlara başlanılıb. Mədəniyyət iqtisadiyyata töhfə verən bir sahə kimi formalaşmalıdır. Bu işdə kino sahəsi də prioritet təşkil edir. Bu layihə nəinki kino sahəsi, eləcə də ölkə iqtisadiyyatı üçün əhəmiyyəti rol oynayacaq. Diqqətə çatdırıldı ki, il ərzində beynəlxalq istehsalçıların Azərbaycana cəlb olunması həyata keçirilib, eyni zamanda, “Netflix” platforması ilə yeni irimiqyaslı layihələr gözlənilir”.

Azərbaycan Film Komissiyasının direktoru İlkin Məmmədli bildirib ki, layihə çərçivəsində Azərbaycanı beynəlxalq kino istehsalçıları üçün geniş imkanları olan çəkiliş məkanı kimi təqdim olunacaq.

Kino istehsalçıları ilə müştərək layihələr həyata keçiriləcək. Azərbaycana xaricdən maliyyə vəsaitinin cəlb edilməsi təmin olunacaq.

Ana səhifəMədəniyyətAzərbaycan Film Komissiyası təsis edilib