Azərbaycan ən təhlükəsiz ölkələr sırasında 35-cidir

Gürcüstan 29-cu, Ermənistan 34-cü yerdədir

Source:
Bakı
Bakı


Gürcüstan 29-cu, Ermənistan 34-cü yerdədir

Dünya iqtisadi forumunun ekspertləri ən təhlükəsiz ölkələrin reytinqini açıqlayıb.

136 ölkənin daxil olduğu siyahıya Finlandiya başçılıq edir.

İkinci yerdə Səudiyyə Ərəbistanı, 3-də isə İslandiya gəlir.

İlk onluqda sonrakı yerləri Oman, Honq Konq, Sinqapur, Norveç, İsveçrə, Ruanda və Qətər tutur.

Azərbaycan siyahıda 35-ci yerdə gəlir. Gürcüstan 29-cu, Ermənistan 34-cü, Rusiya 109-cu, Türkiyə 116-cı, Ukrayna isə 127-ci yerdədir.

Ən təhlükəli ölkələr isə Kolumbiya (136),Yəmən (1350 və Salvadordur (134).

“The Travel & Tourism Competitiveness Report 2017” adlı hesabat silahlı münaqişələr, cinayətkarlığın səviyyəsi və terror təhlükəsi də daxil olmaqla müxtəlif faktorlar əsasında hazırlanıb.

Mənbə: Azadlıq Radiosu

Ana səhifəXəbərlərAzərbaycan ən təhlükəsiz ölkələr sırasında 35-cidir