Azərbaycan demokratiya indeksində Qafqaz sonuncusudur

Demokratiyanın səviyyəsinə görə Azərbaycanı Şimali Koreyadan 19 bal ayırır

Source:




Demokratiyanın səviyyəsinə görə Azərbaycanı Şimali Koreyadan 19 bal ayırır

Azərbaycan demokratiyanın səviyyəsinə görə 165 ölkə arasında 148-cidir. Zimbabve (140), Qambiya (143), Cibuti (145), Bəhreyn (146), Birləşmiş Ərəb Əmirlikləri isə (147) sonra gəlir. Azərbaycandan sonra Əfqanıstanın, Afrikanın Burundi və Sudan respublikalarının və s. adı çəkilir.

“The Economist Intelligence Unit” beynəlxalq təşkilatı 2016-cı ilin demokratiya indeksini açıqlayıb.

Təşkilatın məlumatından görünür ki, Azərbaycan demokratiya səviyyəsinə görə Qafqaz ölkələrindən də geri qalır. Gürcüstan demokratiyanın dərəcəsinə görə 78, Ermənistan 120-ci yeri tutub.

Türkiyə 97, Rusiya 134, İran 154-cü yerdədir.

Sənəd dünya ölkələrinin, az qala, yarısının demokratik hesab edilə biləcəyini, amma “tam demokratik” ölkələrin sayının 20-dən 19-a düşdüyünü göstərir. Birləşmiş Ştatlar da “tam demokratik” ölkələr sırasından çıxıb, “qüsurlu demokratik ölkələr”in siyahısına düşüb. Sənədin müəllifləri bunu ABŞ-da hökumətə və seçki rəsmilərinə etimadın azalmasıyla bağlayırlar.

Seçim 5 əsas amilə – seçki prosesi və plüralizm, mülki azadlıqlar, hökumətin funksionallığı, siyasi iştirak və siyasi mədəniyyətə görə müəyyən edilib. Ölkələr 4 əsas qrupa – “tam demokratik”, “qüsurlu demokratik”, “hybrid” və “avtoritar rejimlər”ə ayrılır. Azərbaycan sonuncuların sırasındadır.

Demokratiyanın səviyyəsinə görə birinci yerləri tutanlar Norveç, İslandiya, İsveç, Yeni Zelandiya, Danimarkadır. Sonuncu – 167-ci yerdə Şimali Koreya dayanır.

Mənbə: Azadlıq Radiosu

Ana səhifəXəbərlərAzərbaycan demokratiya indeksində Qafqaz sonuncusudur