Daha 291 nəfər evə buraxılıb
İyunun 25-də Azərbaycanda COVID-19 infeksiyasına 547 nəfərin yoluxma faktı qeydə alınıb, 291 nəfər müalicə olunaraq evə buraxılıb, 6 xəstə isə ölüb.
Bu barədə TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva keçirilən brifinqdə deyib.
O, Azərbaycanda indiyə qədər 14 min 852 nəfərin koronavirus infeksiyasına yoluxduğunu bildirib:
“Onlardan 8059 nəfər müalicə olunaraq sağalıb, 180 xəstə ölüb. Aktiv xəstə sayı 6613 nəfərdir”.
Yaqut Qarayeva ötən müddətdə 449 min 235 testin aparıldığını xatırladıb:
“Bugünkü test sayı isə 7274-dür”.