AZENCO-nun sabiq rəhbəri 3 milyon manatlıq mənimsəmə ittihamı ilə həbs edilib

İllüstrasiya: MeydanTV

AZENCO ASC-nin sabiq rəhbəri Vüqar Əliyev həbs edilib.

Yerli medianın məlumatına görə, ona xüsusilə külli miqdarda mənimsəmə ittihamı irəli sürülüb. İttihama əsasən, söhbət 3 milyon manatdan artıq vəsaitdən gedir. Lakin hansı layihə və ya müqavilə üzrə mənimsəmə olduğu açıqlanmır.

Cinayət Məcəlləsinin 179.4-cü maddəsinə əsasən, bu əməl 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır. Hazırda iş məhkəmə mərhələsindədir və yekun hökm elan olunmayıb.

Vüqar Əliyev 2022–2023-cü illərdə AZENCO-nun İdarə Heyətinin sədri, daha sonra isə Müşahidə Şurasının sədri vəzifəsində çalışıb.

“Azərenerji”nin keçmiş baş direktoru Etibar Pirverdiyevin dövründə AZENCO-nun bu quruma bağlı olduğu bildirilirdi. Həmin dövrdə AZENCO Azərbaycanda nəhəng enerji infrastruktur layihələrinin həyata keçirilməsində, həmçinin dövlət büdcəsindən maliyyələşən digər işlərdə iştirak edib. Etibar Pirverdiyevin vəzifəsindən uzaqlaşdırılmasından sonra AZENCO-ya daxil olan büdcə vəsaitlərinin həcminin əhəmiyyətli dərəcədə azaldığı iddia olunur.

Etibar Priverdiyev 1 saylı Bakı İstintaq Təcridxanasının rəis müavini Cavid Güləliyevin dayısıdır.

Ana səhifəSosialAZENCO-nun sabiq rəhbəri 3 milyon manatlıq mənimsəmə ittihamı ilə həbs edilib