”Azad Həsənlinin harada saxlanıldığı barədə məlumat yoxdur”

Müsavat Partiyası siyasi mühacir Azad Həsənlinin saxlanması barədə bəyanat yayıb

Source:
Azad Həsənli
Azad Həsənli


Müsavat Partiyası siyasi mühacir Azad Həsənlinin saxlanması barədə bəyanat yayıb

Müsavat Partiyası Suraxanı rayon təşkilatının üzvü

Azad Həsənli

nin saxlanılmasına etiraz olaraq bəyanat yayıb.

Bəyanatda xatırlanıb ki, siyasi mühacir kimi Litvada yaşayan Azad Həsənli oktyabrın 11-də ölüm ayağında olan xəstə atasına baş çəkmək üçün Bakıya gəldikdən bir neçə saat sonra yaşadığı Hövsan qəsəbəsində özlərini polis kimi təqdim edən mülki geyimli şəxslər tərəfindən tutulub:

“Azad Həsənli 662 dövlət nömrə nişanlı qara “Hundai” avtomobili ilə naməlum ünvana aparıblar. Azad Həsənlinin saxlanmasının səbəbləri barədə onun ailə üzvlərinə heç bir məlumat verilməyib. Bir sutkadan artıq vaxt keçməsinə baxmayaraq, onun ümumiyyətlə harada saxlanıldığı barədə heç bir məlumat almaq mümkün olmayıb. Azad Həsənli faktiki olaraq itkin düşüb və onun həyatı təhlükədədir”.

Müsavat Partiyası hakimiyyətdən qisasçılıq və repressiya siyasətinin dayandırılmasını, hüquq-mühafizə orqanlarından Azad Həsənlinin harada olduğu barədə dərhal məlumat verilməsini, əgər həbs edilibsə, azad olunmasını tələb edir.

Partiya bütün hüquq müdafiə təşkilatlarını, o cümlədən Ombudsman aparatını Azad Həsənlinin həyatına olan təhlükənin aradan qaldırılması istiqamətində tədbirlər görməyi çağırır.

Vəkil Osman Kazımov da Azad Həsənlinin harda saxlanılmasından narahatlığılnı ifadə edib:

“Onun harada olması ilə bağlı Baş Prokurorluğun və Ombudsman aparatının qaynar xətlərinə müraciət etmişəm. İndiyə qədər Onun harada olduğu barədə sorğulara cavab verilməyib. Bu gün həmçinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində oldum. Orada da deyiblər ki, burada belə adam yoxdur”.

Vəkil bildirib ki, əgər Azad Həsənlinin barəsində hansısa cinayət işi, yaxud axtarış olsaydı, onu hava limanında saxlayardılar:

“Amma o, xaricdən gələrkən hava limanında saxlanmayıb, sərbəst evə gedib və yalnız evinə çatdıqdan bir neçə saat sonra oğurlanıb”.

Ana səhifəXəbərlər”Azad Həsənlinin harada saxlanıldığı barədə məlumat yoxdur”