İyunun 18-də Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Almaniyadan deportasiya edilib.
Bildirilir ki, ekstradisiya edilən Elşən Şamilov cinayət törətməkdə ittiham olunur. Belə ki, Şamilov 1990-cı illərin əvvəllərində bir qrup şəxslə qabaqcadan əlbir olaraq quldurluq törətməkdə və zərərçəkmiş Qurbanəli Mustafayevi qəsdən öldürməkdə ittiham olunur.
İnterpolun rəsmi sorğusundan sonra E.Şamilovun yeri Almaniyada müəyyən edilib və o, nəzarətə götürülüb. Baş Prokurorluğun göndərdiyi sənədlər və tərəflər arasında aparılan danışıqlardan sonra Almaniya tərəfi ekstradisiyaya razılıq verib.
Nazirlik bu addımı “Azərbaycanın beynəlxalq nüfuzunun və Almaniyanın etibarlı tərəfdaş olmasının göstəricisi” kimi qiymətləndirib.
Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsi və Penitensiar xidmətin əməkdaşları E.Şamilovu Frankfurt şəhərindən Bakıya gətiriblər.