Aygün Kazımova ilə Yaqub Zurufçu da koronavirusa yoluxub

Əməkdar artist reanimasiyaya yerləşdirilib

Source: Meydan.tv


Əməkdar artist reanimasiyaya yerləşdirilib

Sənətçilər – Xalq artisti Aygün Kazımova və Əməkdar artist Yaqub Zurufçu COVID-19 ifeksiyasına yoluxub.

Aygün Kazımova “İnstagram” səhifəsində video paylaşaraq, vəziyyətinin normallaşdığını deyib. https://www.instagram.com/p/CTkSx5vDVNy/

“Mən də bir çoxunuz kimi koronavirusa yoluxdum. Son üç günü ağır keçirdim. Hərarətim 37 – 38.5 idi. Bədənim çox ağrıyırdı. Özümü çox halsız, gücsüz hiss edirdim. Bəxtimə çox gözəl həkim düşdü. Onun yazdığı müalicə sayəsində on gün ərzində sağaldım. Doğrudan da, bu xəstəlik çox ağırdır. Özünüzü qoruyun. Bütün xəstələnənlərə Allahdan şəfa diləyirəm”, – müğənni deyib.

Müğənni Yaqub Zurufçunun isə vəziyyəti ağırdır. O, Yeni Klinikanın reanimasiya şöbəsinə yerləşdirilib.

İfaçının həyat yoldaşı Aynur Zurufçu “Report”a deyib ki, 65 yaşlı Yaqub Zurufçu bir həftə əvvəl yeni növ koronavisrusa yoluxub: https://report.az/incesenet-xeberleri/yaqub-zurufcunun-sehhetinde-problem-yaranib-reanimasiyaya-yerlesdirilib/

“Yaqub bəyin vəziyyəti hazırda ağırlaşıb. Məsələ Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir. Prezidentin köməkçisi Anar Ələkbərov da məsələni diqqətdə saxlayır. Millət vəkili Qənirə Paşayeva da tez-tez zəng edib vəziyyəti ilə maraqlanır. Hər kəs diqqət göstərir, amma vəziyyəti ağır olaraq qalmaqda davam edir”.

Aynur Zurufçu bildirib ki, Əməkdar artist dünən intensiv şöbəyə köçürülüb:

“Analiz vermişdi, cavab pozitiv çıxandan sonra xəstəxanaya yerləşdirildi. Bir həftə palatada qaldı. Orada vəziyyəti ağırlaşdığından reanimasiyaya yerləşdirilib. Dünən axşamdan etibarən reanimasiya şöbəsindədir. İntensiv şöbədə olanda həkimlər dedi ki, bu xəstəliyin dünyanın hər yerində müalicəsi eynidir. Yaqub bəyin ürəyi zəifdir. Əgər iynələrə tab gətirsə, sağalmaq ehtimalı var”.

Ana səhifəMədəniyyətAygün Kazımova ilə Yaqub Zurufçu da koronavirusa yoluxub