Ay kosa-kosa, gəlsənə..

Hər il Novruz bayramında Mişfiq Əlişanov “kosa”, İsmayıl Babaxanov isə “keçəl” olur.

Source: Meydan Tv


Hər il Novruz bayramında Mişfiq Əlişanov “kosa”, İsmayıl Babaxanov isə “keçəl” olur.

İyirmi dörd yaşlı Müşfiq artıq 8 ildir ki, Novruzda kosalıq etdiyini deyir. On yeddi yaşlı İsmayıl isə işə yeni başlayıb.

Keçəl İsmayıl Novruz oyunlarını Müşfiqdən öyrəndiyini deyir. Çərşənbə tonqalları yandırılmağa başlayandan martın sonuna kimi Qubanın müxtəlif yerlərində gəzib Novruz payı yığırlar.

Müasir kosanın xurcunu da var, amma onu çiynində boş gəzdirir. Özünün dediyi kimi, indiki dövrdə onların yığdığı pay puldur. Gündəlik qazanclarından razıdırlar – günə 50-60 manat olur.

Kosa oxuduğu sözləri də günün tələblərinə uyğunlaşdırıb:

Ay kosa-kosa, gəlsənə,

Gəlib salam versənə,

Cibimə pulu qoysana,

Kosanı yola salsana.

Kosa-kecel 2021 (3).jpg
Kosa – keçəl
Kosa-kecel 2021 (8).jpg
Kosa – keçəl
Kosa-kecel 2021 (12).jpg
Kosa – keçəl
Kosa-kecel 2021 (10).jpg
Kosa – keçəl
Kosa-kecel 2021 (13).jpg
Kosa – keçəl
Kosa-kecel 2021 (11).jpg
Kosa – keçəl
Kosa-kecel 2021 (15).jpg
Kosa – keçəl
Kosa-kecel 2021 (16).jpg
Kosa – keçəl
Ana səhifəFotoreportajAy kosa-kosa, gəlsənə..