Avropa Məhkəməsi Azərbaycanı 27 min avro cərimələyib

Avropa Məhkəməsi, Foto: By Maykova Galina/Shutterstock

Məhkəmə 9 şikayətlə bağlı qərarını açıqlayıb

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2016-cı ildə müxalif partiyaların aksiyasından sonra saxlanılıb, inzibati qaydada həbs edilən 9 ərizəçinin şikayəti üzrə yekun qərarını elan edib.

Ərizəçilər Məmməd Balaməmmədov, Nuru Nuruzadə, Elton Əliyev, Toğrul İbrahim, Orxan Carçiyev, Ruslan Qarayev, Ülfət Həsənqarayev, Vüsal Tağızadə və Sahib Rüstəmli olub.

Şikayətlərin hamısı Konvensiyanın 11-ci maddəsinə (toplaşmaq azadlığı) əsasən verilmişdi.

Əizəçilər onlara qarşı davranışın qeyri-qanuni və qeyri-proporsional olmasından şikayət etmişdilər.

Kommunikasiya mərhələsində tərəflər dostca anlaşıblar, AİHM şikayətlərin baxılacaq işlərin siyahısından çıxarılmasına qərar verib.

Ərizəçilərin hamısı toplaşmaq hüquqlarına inzibati sanksiya tətbiq olunması ilə yanaşı, ədalətli məhkəmə araşdırması hüquqlarının pozuntusunu mübahisələndirmişdilər.

Qərara əsasən, hökumət 3 ay ərzində ərizəçilərin hər birinə 3000 avro (cəmi 27 min) təzminat ödəməlidir.

Ana səhifəSiyasətAvropa Məhkəməsi Azərbaycanı 27 min avro cərimələyib