Avropa Liqası: “Qarabağ” qrup mərhələsinə qələbə ilə başlayıb

Foto: “Qarabağ”ın sosial media hesabı

Azərbaycan çempionu Norveç klubunu məğlub edib

“Qarabağ” klubu sentyabrın 21-də UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirib.

Azərbaycan çempionu ilk turda Norveçin “Molde” klubu ilə qarşılaşıb.

Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyun saat 20:45-də başlayıb.

Qarşılaşma “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da, Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsinə uğurla start verərək, hesabına üç xal yazdırıb.

H qrupunun digər matçında Almaniyanın “Bayer” komandası İsveçin “Hakken” klubunu qəbul edib. Oyun almanların qələbəsi ilə bitib – 4:0.

Bu nəticələrdən sonra H qrupunda “Bayer” 3 xalla liderliyə yüksəlib. Eyni xala malik olan “Qarabağ” ikinci, xalları olmayan “Molde” və “Hakken” isə 3-4-cü pillələrdə qərarlaşıb.

Ana səhifəİdmanAvropa Liqası: “Qarabağ” qrup mərhələsinə qələbə ilə başlayıb