Avropa İttifaqı

Mənbə: Foto: arxiv

Başlıq: Avropa İttifaqı

Avropa İttifaqı Dağlıq Qarabağda keçirilən seçkiləri tanımadığını bəyan edib

“Aİ bu seçkinin baş tutduğu hüquqi bazanı və konstitusiyanı tanımır”

Avropa İttifaqı Dağlıq Qarabağda keçirilən “prezident və parlament” seçkilərini tanımır.

Bu barədə Avropa İttifaqının Xarici Siyasət Xidmətinin martin 31-də yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, 2020-ci il martın 31-də Dağlıq Qarabağda qondarma “prezident və parlament seçkiləri” ilə əlaqədar olaraq Avropa İttifaqı bir daha xatırladır ki, blok bu seçkinin baş tutduğu hüquqi bazanı və konstitusiyanı tanımır. Bu hadisə Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsinə və ya davam edən danışıqlar prosesinin nəticəsinə xələl gətirə bilməz.

Aİ ATƏT-in Minsk Qrupunu və xüsusən həmsədrlərin “status-kvo”nun xaricində irəliləyiş, hərtərəfli və davamlı sülh yolunda əsaslı danışıqlar aparmaq səylərini qətiyyətlə dəstəkləyir. Aİ Dağlıq Qarabağ münaqişəsinin erkən, sülh yolu ilə həllinə yönəlmiş səyləri bundan sonra da dəstəkləməyə hazırdır”, - deyə bəyanatda vurğulanır.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/37mc3p

Ən çox baxılan