“Atalanta” Avropa Liqasının qalibi olub

Fotolar: UEFA

İtaliya klubu “Bayer”in məğlubiyyətsizlik seriyasına son qoyub

Mayın 22-də UEFA Avropa Liqasının final oyunu keçirilib.

Turnirin final matçında Almaniyanın “Bayer” (Leverkuzen) və İtaliyanın “Atalanta” komandaları üz-üzə gəlib.

İrlandiyanın paytaxtı Dublindəki “Dublin Arena”da keçirilən oyun saat 23:00-da start götürüb.

Qarşılaşma “Atalanta”nın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Final matçındakı yenilgi “Bayer”in 51 oyunluq məğlubiyyətsizlik seriyasına da son qoyub. İtaliya klubu isə qələbə sayəsində 2023/24 mövsümündə UEFA Avropa Liqasının qalibi adını qazanıb.

Ana səhifəİdman“Atalanta” Avropa Liqasının qalibi olub