Ata Abdullayevin saxlanması rəsmən təsdiqləndi: DTX saxlayıb

Vlogerə qarşı hansı ittihamın irəli sürüldüyü açıqlanmayıb

Foto: Meydan TV


Vlogerə qarşı hansı ittihamın irəli sürüldüyü açıqlanmayıb

Azərbaycan hakimiyyətini dəstəkləyən paylaşımlar edən vloger Ata Abdullayevin həbs olunması barədə yayılan məlumatlar rəsmən təsdiq olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən Meydan TV-yə Ata Abdullayevin saxlandığı təsdiqlənsə də, ona qarşı irəli sürülmüş ittihamın nədən ibarət olduğu açıqlanmayıb.

Meydan TV-nin əldə etdiyi məlumata görə, o, martın 12-də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindəm saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə cinayət işinin başlandığı bildirilir.

Ata Abdullayev bir neçə il əvvəl də keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən onlayn qaydada kartlardan oğurluğa görə həbs olunmuşdu. O zaman ona şərti cəza verilmişdi.

Ana səhifəXəbərlərAta Abdullayevin saxlanması rəsmən təsdiqləndi: DTX saxlayıb