”Asiya İnkişaf Bankının proqnozlarının bəziləri mübahisəlidir”

”ÜDM-nin artacağıyla bağlı proqnozun özü çox mübahisəlidir, çünki ÜDM üçüncü aydır azalmaqda davam edir”

Source:


”ÜDM-nin artacağıyla bağlı proqnozun özü çox mübahisəlidir, çünki ÜDM üçüncü aydır azalmaqda davam edir”

Asiya İnkişaf Bankı (ADB) 2016-cı ildə Azərbaycanda ÜDM-in 1 faiz azalacağını, neftin qiymətinin yenidən artması ilə isə 2017-ci ildə 1 faiz artacağını proqnozlaşdırır.

“APA-Economics” xəbər verir ki, bu barədə ADB-nin açıqladığı proqnozlarda qeyd edilib.

Bankın analitikləri hesab edir ki, sosial xərclərin yüksək olması 2016-cı ildə Azərbaycanda iqtisadi aktivliyin zəiflməsinin qarşısını nisbətən alacaq.

Bankın proqnozuna görə, 2016-cı ildə yüksək inflyasiya real gəlirlərin azalmasına səbəb olacaq.

Bundan başqa, neft hasilatının azalması ilə bu il sənayenin həcmi kiçiləcək. Lakin 2017-ci ildə neftin qiyməti artarsa, vəziyyət bir qədər yaxşılaşa və gəlirlər arta bilər.

ADB-nin proqnozlarına görə, dövlət dəstəyi (investisiyaları) tikinti və aqrar sektorları canlandıra bilər.

“2016-cı ildə ixracın azalması, 2017-ci ildə isə neft qiymətlərinin artması fonunda ixrac gəlirlərinin artması gözlənilir. 2016-cı ildə inflyasiyanın 12 faizə yüksələcəyi proqnozu məzənnənin ucuzlaşmasının idxala olan təsirini əks etdirir. 2017-ci ildə inflyasiyanın 5,2 faizədək azalacağı ehtimal olunur. Buna baxmayaraq, manatın məzənnəsi daha da zəifləyərsə, inflyasiya yüksək ola bilər. Neft qiymətlərinin qeyri-müəyyən olması cari hesab üzrə gəlirlərə mənfi təsir edir və tədiyyə balansının ÜDM-in 0,6 faizinə bərabər mənfi saldo ilə nəticələnməsi proqnozlaşdırılır. 2017-ci ildə neft qiymətlərinin gözlənilən artımı ilə ixrac gəlirlərinin 7 faiz artacağı və bu səbəbdən cari hebab üzrə balansın ÜDM-in 1,5 faiz həcmində müsbət saldo ilə nəticələnəcəyi proqnozlaşdırılır”, – deyə məlumatda bildirilir.

ADB-nin proqnozlarını Meydan TV-yə şərh edən Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu bildirib ki, proqnozların bəziləri gözlənilən olduğundan onlarla razılaşmaq olar. Amma bəziləri gerçəkliyi əks etdirmir. Əvvəla, ÜDM-nin artacağıyla bağlı proqnozun özü çox mübahisəlidir, çünki ÜDM üçüncü aydır azalmaqda davam edir. Azalma səviyyəsi orta hesabla 3,5 faiz təşkil edir. O ki qaldı gəlirlərin dəyərsizləşməsi, inflyasiyanın artması, bu, düzgün proqnozdur.

Ana səhifəXəbərlər”Asiya İnkişaf Bankının proqnozlarının bəziləri mübahisəlidir”