“Arzum9999” ev dustaqlığına buraxılıb

İllüstrasiya: Meydan TV

“Arzum9999” ləqəbi ilə tanınan tiktoker İlduzə hacıyeva ev dustaqlığına buraxılıb.

İyulun 22-də Apellyasiya Məhkəməsində İlduza Hacıyevanın ev dustaqlığına buraxılması barədə şikayətə baxılıb.

Hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində Hacıyeva onun barəsində verilmiş həbs qərarı dəyişdirilərək ev dustaqlığı ilə əvəz olunub.  

Məhkəmə qərarı verərkən tiktokerin himayəsində 4 övladının olmasının habelə onlardan birinin ağır autizm sindromundan əziyyət çəkməsini nəzərə alıb.

Bundan başqa məhkəmə tərəfindən İlduzə Hacıyevanın bu müddət ərzində sosial mediadan istifadə etməsinə qadağa qoyulub. Hacıyevaya yalnız ailəsi ilə əlaqə saxlamağa icazə verilib.

İyulun 6-da Xəzər Rayon Məhkəməsinin qərarı ilə tiktoker 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

İlduzə Hacıyeva iyunun 27-də Xəzər rayonunun Mərdəkan qəsəbəsində 1 nəfərin ölümü və 1 nəfərin ağır xəsarət alması ilə nəticələn nəqliyyat hadisəsində ittiham edilir.

İlduzə Hacıyeva idarə etdiyi “Changan” markalı avtomobillə sola dönmə manevri edərkən arxadan gələn Amal Məlikovun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub.

Toqquşmadan sonra “Mercedes” idarəetmədən çıxaraq aşıb və yol kənarındakı maneələrə çırpılıb. Avtomobilin sürücüsü, 29 yaşlı Amal Məlikov hadisə yerində ölüb. Onun həyat yoldaşı Sənubər Muradova isə ağır xəsarət alıb.

Ana səhifəSosial“Arzum9999” ev dustaqlığına buraxılıb