Aqil Xəlil 25 min avronu jurnalistikanın müdafiəsinə yönəldəcək

“Milyonlar ödəsələr belə, mənim o vaxtlar nələr çəkdiyimi bu pullarla “yuya” bilməzlər. Bunu yalnız acı çəkənlər bilər”

Source:


“Milyonlar ödəsələr belə, mənim o vaxtlar nələr çəkdiyimi bu pullarla “yuya” bilməzlər, bunu yalnız acı çəkənlər bilər”

Oktyabrın 29-da Avropa məhkəməsi “Azadlıq” qəzetinin Fransada mühacirətdə olan müxbiri Aqil Xəlilin şikayəti üzrə qərarını elan edib. Azərbaycan hökuməti jurnalistə 28 min avro konpensasiya ödəyəcəyi barədə öhdəlik götürüb.

A. Xəlil FRacebook səhifəsində məhkəmənin qərarına münasibətini bildirib. Jurnalist işin Avropa məhkəməsinə göndərilməsində və ağır günlərində ona yardımçı olan bütün şəxslərə minnətdarlıq edib: “Mən sona qədər mübarizə apardım və bundan sonra da davam edicəm. Haqlarımı pozan, həyatımı alt-üst edən bu siyasi rejimlə qətiyyən barışmayacam. Buna əmin ola bilərsiniz. Milyonlar ödəsələr belə, mənim o vaxtlar nələr çəkdiyimi bu pullarla “yuya” bilməzlər. Bunu yalnız acı çəkənlər bilər”.

Jurnalist ödəniləcək 28 min avronun məlum bir hissəsinin vəkillərə çatacağını bildirib.

“Pulun qalan əsas hissəsini jurnalistikaya, xüsusən “Azadlıq” qəzetinə, bir hissəsini həbsdə olan həmkarlarıma, xüsusilə Xədicə İsmayıl, Seymur Həzi və digərlərinin səhhəti və qida ləvazimatları ilə bağlı olan ehtiyaclarına, eləcə də siyasi məhbuslara, başda Leyla Yunus və Arif Yunus, Tofiq Yaqublu, Rəşadət Axundovun ailəsinə və digərlərinə, qalanını isə mənə və həyatını riskə atan jurnalistlərə hərtərəfli dəstək olan mərkəzi ofisi Parisdə olan Sərhədsiz Reportyorlar Təşkilatına verməyi qərara aldım”, – A.Xəlil yazır.

Ana səhifəXəbərlərAqil Xəlil 25 min avronu jurnalistikanın müdafiəsinə yönəldəcək