ANS TV-nin saxta intiqam xəbəri

Saxta erməni jurnalistinə möhtac olanlar

Source:

Bu gün Azərbaycan ordusu rəsmi rəqəmlərə görə 8, qeyri-rəsmi 14-11 əsgərini şəhid verdi. Allahdan yaxınlarına səbr, şəhidlərə rəhmət diləyirəm. Azərbaycan xalqına isə…

Çətindir, hakimiyyətin laqeydliyi bir yana, mətbuat nümayəndələrinin iyrəncliyi, əclaflığı bu son hadisədə yenə də sərhəd tanımadı. Sözsüz ki, sosial şəbəkələrdə yayılan telekanalizasiya əleyhinə status, foto və vidolardan məlumatınız var. Bu qınaqlardan sonra kanallar özlərini yığışdırmağa çalışdılar.

Saytlar isə xalqı güya sakitləşdirmək üçün dezinformasiyaya əl atırlar. Güya erməni tərəfi 51 itki veribmiş. Xəbəri ANS kanalının saytı yazıb.


Buyurun baxın


və bir screenshot da paylaşıblar. Güya jurnalist Eduard Abramyan adlı Twitter istifadəçisinə istinadən.


İndi gələk əsas məsələyə. Əvvəla Twitterdə bu hesabda adam yoxdur, buyurun keçidi kontrol edin:


İkincisi screenshota nəzər yetirin. “Delete” düyməsini siz də görürsünüzmü? Bu “silmək” düyməsidir ki, sadəcə və sadəcə bu hesaba daxil olan adam bu funksiyadan istifadə edə bilər. Bundan qaynaqlanaraq demək olar ki, bu screenshot saxtadır və saxtakar insanlar tərəfindən yaradılıb ki, camaatı çaşdırsınlar.


Azərbaycan hakimiyyətinin iyrənc media resursları baxın bu şəkildə xalqla məzələnirlər, onların hissləriylə oynayırlar, intiqam hissindən sui-istifadə edirlər.

Məqsəd nədir? Çox sadədir, şəhidlərimiz var, insanların əsəbləri tarıma çəkilib, gərginlik artır. Hər il döyüş və ya daha çox qeyri-döyüş şəraitində hərbçilərimiz həlak olurlar. Heç bir rəsmi qurum isə buna görə cavabdehlik daşımır, hesabat vermir. Bütün bu gərginliklərin qarşısını almaq üçün mütləq şəkildə “intiqam” hissini aşılamaq və yalan intiqam xəbərləri ilə xalqı sakitləşdirməkdir. Bu rolu isə çox iyrəncliklə telekanallar və media qurumları həyata keçirirlər.

Bu cür oyunlara, yalan məlumatlara, saxtakar media qurumlarına inanmayın, protest edin, izləməyin, oxumayın.


Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.

Ana səhifəMənim FikrimcəANS TV-nin saxta intiqam xəbəri