Anar Məmmədli həbs olundu

Source:

Seçki Monitorinqi və Demokratiyanın Tədrisi mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli bu gün saat 5-də Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıb. Bu barədə jurnalist Samir Kazımlı öz Facebook hesabında qeyd edib. Onunla birlikdə Bəşir Süleymanlı və Elnur Məmmədli də həmin idarəyə çağırılıb. B.Süleymanlı və E.Məmmədli buraxılıb, Anar Məmmədli ilə isə dindirmə davam edib.

Əldə etdiyimiz məlumata görə, sonra Anar Məmmədlini Nəsimi məhkəməsinə, oradan isə Nərimanov polis iddarəsinə aparıblar. Hər üç şəxs qeyd olunan idarəyə vəkilsiz gediblər. Anara dövlət tərəfindən vəkil tutublar. Amma heç bir müqavilə bağlanmayıb. Tutulan Şöhrət adlı vəkil isə ancaq yuxarıda qeyd olunan məlumatlardan başqa heç nə demir.

Anar Məmmədli barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.  Bu barədə qərar Nəsimi rayon Məhkəməsində verilib. A. Məmmədli Cinayət Məcəlləsinin 192.2.2- ci maddəsi ilə (Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olub külli miqdarda gəlir əldə etmək) ilə ittiham olunur.

Ana səhifəXəbərlərAnar Məmmədli həbs olundu