Aktyor operatorun ölümündə özünü günahkar bilmir

Alec Baldwin, screenshot

“Mən heç vaxt heç kimə silah tuşlamazdım və tətiyi çəkməzdim”

Amerikalı aktyor Alek Bolduin “Rust” filminin çəkilişləri zamanı baş verən ölüm hadisəsindən danışıb.
Aktyor “ABC” telekanalına müsahibəsində tapançanın tətiyini çəkmədiyini iddia edib.

“Yox, bir daha yox. Mən heç vaxt heç kimə silah tuşlamazdım və tətiyi çəkməzdim. Heç vaxt”, – aktyor deyib.
Bu il oktyabrın 21-də Bolduinin rol aldığı yeni filmin çəkilişləri zamanı xoşagəlməz hadisə olub.


“Rust” filminin atışma səhnəsini lentə alarakən aktyor tapança ilə rejissorla operatoru yaralayıb. Nəticədə 42 yaşlı operator Qalina Hatçins ağır yaralanaraq vəfat edib.

Ana səhifəMədəniyyətAktyor operatorun ölümündə özünü günahkar bilmir